Putin hökumətin işindən razıdır

Vladimir Putin və Dmitry Medvedev

Dekabrın 24-də prezidenti Vladimir Putinin iştirakıyla Rusiya hökumətinin ilin yekunu ilə bağlı son iclası keçirilib.

Vladimir Putin müdafiə-sənayesi kompleksində imkanların xeyli artdığını, qarşıya qoyulan palnaların yerinə yetirildiyini və bu məqsədə ayrılmış resursların həyata keçirildiyini deyib.

Putin həmçinin kənd təsərrüfatı sahəsində müsbət irəliləyiş olduğunu, siyasi, xarici əlaqələr və iqtisadi sahələr də daxil olmaqla bütün sahələrdə münasibətlərin genişləndiyini bildirib.

Putin istifadə eləmək üçün ölkənin nəhəng ehtiyatları olduğunu vurğulayıb.

O sonda hökumətin işindən razı qaldığını bildirib və çətin bir vəziyyətdə bütün tapşırıqların öhtəsindən gələ bildirklərinə görə nazirlik və idarələrə təşəkkür bildirib.