Brüsseldə 9-cu şübhəli həbs edildi

Foto arxiv

Brüsseldə Paris terrorlatında şübhəli bilinən daha bir nəfər həbs edilib.

O indiyədək bu işə görə həbs olunan 9-cu şübhəlidir.

Prokurorluq onun əsas şübhəli Abdelhamid Abaaoud,un əmisi oğlu Hasan Aitboulachenlə əlbir olduğunu bildirir.

30 yaşlı Abdoullah dekabrın 22-də həbs olunub.

O terrorçuluq, qətl və terrorçu təşkilatlarla əlbir olmaqda ittiham olunur.

Bundan əvvəl Brüsseldə keçirilən reydlərdə daha 5 nəfər saxlanmışdı.

Amma bir qədər sonra onlar sərbəst buraxılıb.

Noyabrın 13-də Paristə rörədilən terror aktlarında 130 nəfər ölüb.

Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.