Lovchev-ə dopinqə görə qadağa qoyuldu

Dopinq

-

Rusiyanın ağırlıqqaldırma üzrə dünya çempionu Alexei Lovchev dopinq testindən sonra müvəqqəti olaraq kənarlaşdırılıb. Bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyası dekabrın 24-də deyib.

Ötən ay Hyustondakı dünya çempionatından sonra 26 yaşlı idmançının test nəticəsi müsbət çıxıb. O, məhz həmin yarışmada 105 kiloqramlıq çəki dərəcəsində dünya çempionu titulunu qazanmışdı.

Rusiyanın idman naziri Vitaly Mutko iddia edib ki, qadağan olunmuş maddə Lovchev-in səhhətinə görə qəbul etdiyi dərmandır və istifadəsinə icazə verilib.

Ağırlıqqaldırma federasiyası bildirib ki, Aleksei Kosov, Olga Zubova və Olga Afanaseva da testdən müsbət çıxıb, yəni dopinq qəbul etdikləri bəlli olub.

Lovchev baş verənləri siyasi motivli adlandırıb.

Rusiya idmançılarının dopinq qəbul etməsi ətrafında baş verənlərdən sonra ötən ay bu ölkənin yüngül atletləri yarışmadan uzaqlaşdırılıb.