Yardım Qırğızıstana çatdı

Təyyarə.

-

Fövqəladə Hallar Nazirliyinin Qırğızıstan Respublikasına göndərdiyi humanitar yardım ünvana çatıb.

Nazirliyin yaydığı məlumata görə, dekabrın 7-də Azərbaycan hökuməti adından Qırğızıstan Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə humanitar yardım göndərilmişdi.

Yardım dekabrın 25-də hadisə yerinə çatıb.

Humanitar yardımın hansı məbləğdə olduğu bildirilmir.