Mədəniyyət və turizm idarəsinin rəisi dəyişdi

Əbülfəz Qarayev

Bakı şəhər Mədəniyyət və turizm idarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin dekabrın 24-də keçirilən Kollegiya iclasında bildirib.

Nazir bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovu təyin edib.

Qüeyd edək ki, Azərbaycan Xalça və Tətbiqi Sənətlər Muzeyinin direktoru Röya Tağıyeva da bundan əvvəl işdən azad edilib.