Papa qaçqınlarla həmrəy olmağa çağırıb

Papa Francis

Roma papası Francis Milad bayramı ilə bağlı çıxışında miqrantlara həmrəy olmağa çağırıb və onlara sığınacaq verənləri alqışlayıb.”Qoy Allah miqrant və qaçqınları qəbul edən, onlara yardım və səxavət göstərən ayrı-ayrı insanlar və dövlətlərə bunun əvəzini versin”.

Papa Francis İsa peyğəmbərin doğum günü münasibəti ilə Romadakı müqəddəs Piter kilsəsində çıxış edib.

BMT-nin qaçqınlar üzrə idarəsi və Beynəlxalq Miqrasiya Təşkilatının bu günlərdə yaydığı hesabata görə, bu il Avropa Birliyi ölkələrinə 1 milyondan çox qaçqın gəlib, 3600 qaçqın isə dənizdə itkin düşüb.

Roma papası həmçinin BMT-nin Suriya və Liviya münaqişələrinin həllində səylərini dəstəkləyib.

Papa bir daha Yaxın Şərq,Afrika və digər münaqişə bölgələrində sülhə çağırıb.