Türkiyənin İnternet serverlərinə güclü haker hücumu olub.
Nəticədə dövlət müəssisələri bankların fəaliyyəti pozulub.
Həmin vev saytlara nəzarət edən təşkilat hücumun xaricdən təşkil edildiyini bildirir.
Nəqliyyat və Rabitə naziri Binali Yıldırım hücumun ciddi olduğunu deyir.
Yerli KİV-lər hesab edir ki, hücum Rusiyadan da təşkil edilə bilər.
Naməlum qruplardan biri bəyan edib ki, əgər Türkiyə “İslam Dövləti” qrupuna dəstəyi dayandırmasa bu cür hücumlar davam edəcək.
Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurması iki ölkə arasındakı münasibətləri kəskin pisləşdirib.
Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.