Dollarla krediti olanlara yardım vəd edilir

Azərbaycan Mərkəzi Bankı

Mərkəzi Bankda dekabrın 25-də toplantı keçirilib.

Kommersiya banklarından birindən APA-ya verilən məlumata görə, Mərkəzi Bankı iclasda baş direktor Rəşad Orucov təmsil edib.

Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.

Banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunub və Mərkəzi Bankın vəziyyətdən çıxmaqda banklara yardım edəcəyi bildirilib.

Rəşad Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiya edilməsini tövsiyə edib və qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir.

Banklara fərdi inkişaf proqramları da hazırlamaq tövsiyyə olunub.