Suriyada Moskvaya meydan oxuyan islamçı lider öldürülüb

Zahran Alloush

Suriyanın ən qüdrətli qiyamçı qruplaşmalarından Ceyş əl-İslamın liderləri Dəməşq şəhərinin şərqində raket zərbələri nəticəsində öldürülüblər.

Suriyanın ən qüdrətli qiyamçı qruplaşmalarından Ceyş əl-İslamın liderləri Dəməşq şəhərinin şərqində raket zərbələri nəticəsində öldürülüblər.

Suriya ordusunun və üsyançı qruplaşmanın verdiyi məlumata görə, qrupun təsisçisi, 44 yaşlı Zahran Alloush, onun müavini və bir neçə köməkçisi ölənlərin arasındadır.

Bəzi müxalifət fəalları raket zərbələrinin Rusiya təyyarələrindən endirildiyini və ya Rusiya raketlərinin Assad təyyarələrindən atıldığını söyləyirlər

Suriyanın dövlət televiziyası ilə yayınlanmış xəbərdə bildirilib ki, “Allous-u məhv edən” raketlər Suriya hökumət qüvvələri tərəfindən atılıb.

Buna baxmayaraq, bəzi müxalifət fəalları raket zərbələrinin Rusiya təyyarələrindən endirildiyini və ya Rusiya raketlərinin Assad təyyarələrindən atıldığını söyləyirlər.

Səudiyyə tərəfindən dəstəklənən Ceyş əl-İslam Suriyada Assada qarşı döyüşən ən qüdrətli sünni-sələfi qruplaşmalarından biridir.

Qrup bu yaxınlarda Suriya müxalifəti üçün Səudiyyə Ərəbistanında təşkil edilən toplantıya qatılmış və Assad hökuməti ilə danışıqlarda iştirak edəcəyini bəyan etmişdi.

Səudiyyənin al-Arabiya telekanalının verdiyi xəbərdə deyilir ki, Ceyş əl-İslamın toplandığı yerə 10 raket zərbəsi endirilib.

İŞİD-ə, Moskvaya düşmən

Şərhçilər diqqəti belə bir məqama cəlb edirlər ki, bu hadisədən bir neçə gün əvvəl Suriyaya dair BMT qərtnaməsi qəbul olunmuşdu.

BBC bildirir ki, Alloush-un öldürülməsi Rusiyanın və Suriya hökumətinin hansı üsyançılarla danışqılar masasında görüşmək istəmədiklərini nümayiş etdirib.

Alloush-un öldürülməsi Rusiyanın və Suriya hökumətinin hansı üsyançılarla danışqılar masasında görüşmək istəmədiklərini nümayiş etdirib

Prezident Assad-ın ən qürdətli müttəfiqi və müdafiəçisi olan Moskva Qərbə Suriyada “terrorçu” hesab etdiyi qruplaşmaların siyahısını təqdim edib. Ceyş əl-İslam həmin siyahıya daxildir.

Öz növbəsində ötən oktyabrda bu qruplaşma Rusiyaya müharibə elan etmişdi.

Ceyş əl-İslam Suriya paytaxtına bitişik münbit Quta aqrar qurşağında böyük əraziyə nəzarət edir.

Qruplaşma bu ərazidən əvvəllər ora nəzarət edən İŞİD-i çıxara bilib. İslam Dövləti adlanan təşkilatla düşmənçililk edən Ceyş əl-İslam hətta İŞİD döyüşçülərinin kütləvi edamını keçirib.

Ceyş əl-İslamın sıralarında on minlərlə döyüşçünün olduğu deyilir.