"Yazı" dərgisinin 16-cı sayı çıxıb

-

“Yazı” ədəbiyyat dərgisinin 16-cı sayının “Nəsr” bölümündə ƏkrəmƏylisli, Müşfiq Xan, Svetlana Turan, Cəlil Cavanşir, Zamiq Mehdisoyun hekayələri, Rəşid Bərgüşadlı, Yaşar Bünyad, Azad Qaradərəlinin “Şüşə ev” romanının davamı çap olunub.

“Poeziya” bölməsində Şaiq Vəli, Sevinc Elsevər, Şəhriyar İbrahimov, Emin Akif, Zaur Sahil, Nofəl Ümid və Azər Xanlarovun şeirləri yer alıb.

“Sözümüzün yiyələri” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının davamı, “Güney sovqatı”nda Elşən Böyükvənd və Zaman Paşazadənin yazıları verilib.

“Bir kitab şeir” rubrikasında Nərmin Kamalın şeirləri çıxıb.

Dərginin “Çevirmə” yerində İ.V.Göte, Orxan Vəli, Q.Q.Markes, S.Alekseyeviçin əsərlərindən nümunələr və 1-ci Pyotrun ailəsi haqqında yazı, “Esseistika” bölümündə Niyazi Mehdinin “Dilüstü və diliçi gəzişmələrdən” adlı essesinin əvvəli və Azər Cəfərovun “Tahirə Qürrətül-eyn” məqaləsi çap olunub.

Ədəbi birliklərdən “Yumruq” birliyinin üzvləri İlkin Tomar, Nicat Həşimzadə, İsmayıl Rizvanoğlu və Murad Ramazanovun hekayələri, “Palirta”da isə görkəmli Meksika rəssamı Dieqo Riveranın yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar. “Yazı”nın yeni sayını rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.