Çin antiterror haqqında qanun qəbul edib

Milad günü Çində təhlükəsizlik

Çin Xalq Respublikasının parlamenti antiterror haqqında qanun qəbul edib.
Bu haqda Sinxua agentliyi xəbər yayıb.

Qanunun məqsədi ölkə ərazisində terrorizmə qarşı mübarizə aparmaq və beynəlxalq təhlükəsizliyi möhkəmləndirməkdir.

Bununla da Çin ölkənin tarixində ilk dəfə olaraq antiterror haqqında qanun qəbul edir.