İrandan viza təhdidi

Hossein Jaberi Ansari

-

Birləşmiş Ştatlar iranlılara yeni viza qadağaları qoyarsa, İran buna cavab verəcək. Bunu Tehran dekabrın 28-də bildirib.

Ötən həftə ABŞ prezidenti Barack Obama İrana səfər etmiş şəxslərin və İran vətəndaşlarının ölkəyə vizasız girməsini qadağan edən qanun imzalayıb. Eyni qadağalar Suriya, İraq və Sudan vətəndaşlarına və ya bu ölkələrə səfər etmiş şəxslərə aiddir.

Bu qanunun məqsəd potensial terrorçuların qarşısını almaqdır. Ancaq Tehran israrla bildirir ki, məqsəd səyahət və iqtisadi inkişafa ABŞ sanksiyalarını qüvvədə saxlamaqdır. İyulda dünya gücləri ilə əldə olunmuş nüvə sazişi həmin sanksiyaların ləğvini nəzərdə tutur.

“Həmin sazişdən kənar istənilən addım İran üçün qəbuledilməzdir və İran da lazım gəldiyi zaman öz tədbirlərini görəcək”, Xarici İşlər Nazirliyinin sözçüsü Hossein Jaberi Ansari mətbuat konfransında deyib.

Vaşinqton İranı “terrorçuluğa sponsorluq edən ölkə” saydığı üçün bu qadağaların aid olduğu ölkələr siyahısına salıb.