Bu il 67 jurnalist öldürülüb

Parisdə yanvar terrorundan sonra yürüş

-

2015-ci ildə dünyada iş başında azı 67 jurnalist öldürülüb.

Parisdə mənzillənən Sərhədsiz Reportyorlar (RSF) təşkilatı dekabrın 29-da bildirib ki, 67 jurnalist nisbətən dinc ölkələrdə məhz öz işlərinə görə qəsdən hədəfə alınıb.

Daha 43 vətəndaş jurnalisti və xəbər şəbəkələrinin işçilərinin ölüm şəraiti isə qeyri-müəyyən qalır.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə 69 jurnalist qətlini qeydə alıb. 29 jurnalisti islamçı yaraqlı qrup üzvləri qətlə yetirib.

Bu ilin yanvarında Parisdə Charlie Hebdo satirik jurnalının ofisində öldürülmüş 8 jurnalist də bu sıradadır.