-
Dekabrın 29-da Gürcüstan parlamenti Giorgi Kvirikashvili hokumətinə səsvermə keçirəcək. Onun baş nazir postuna namizədliyini ötən həftə Gürcü Arzusu hakim koalisiyası irəli sürüb.
Kvirikashvili və digər nazir-namizədlər dekabrın 28-də parlament qarşısına çıxıb və bir sıra məsələlər üzrə suallara cavab veriblər. Cenevrədə Moskvayla danışıqlardan tutmuş, Qafqazda sabitlik, Qazpromla qaz danışıqları, Rusiya ilə münasibətlər bu mövzular içində olub.
Kvirikashvili deyib ki, Moskva Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tanıdıqca, Rusiya ilə münasibətlərə praqmatik yanaşılacaq.