Atəşfəşanlıq olacaq

Foto illüstrasiya

-

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyəti yayıb.

Bakı sakinləri və şəhərin qonaqları atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət olunur.