“Qarabağ”dan başqa Topaz Premyer Liqasında yarışan bütün komandaların bizə borcu var. Klublara bununla bağlı müraciət olunub”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O bildirib ki, borclar qoyulan vaxtdadək ödənilməsə 9 komanda lisenziya ilə bağlı problemlə üzləşəcək vəhəmin klubların xalları silinəcək.
Musayev xəbərdarlıq edib ki, qış fasiləsindən dərhal sonra bütün borclar ödənilməlidir.
O qeyd edib ki, fevraladək vaxt qoyulub və üçüncü dövrə başlayanadək borclar ödənilməlidi.
Qeyd edək ki, futbol üzrə ölkə çempionatında 10 komanda mübarizə aparır.