Vaqif Cavadov "Sumqayıt"a keçə bilər

Foto arxiv

Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov "Sumqayıt" klubuna keçir.

"Report"un məlumatına görə, bu barədə klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub.

Razılaşma baş tutsa tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.

Qeyd edək ki, Vaqif Cavadovun sonuncu klubu "Qəbələ" olub.