İran Qərb gəmilərini az qala vuracaqmış

Hormuz boğazı

-

İran İnqilab Qvardiyası Fars Körfəzinə daxil olan 3 Qərb hərbi gəmisinin yaxınlığına raket atıb. ABŞ ordusunun sözçüsü dekabrın 29-da bunu “yüksək dərəcəli təxribat hərəkəti” adlandırıb.

ABŞ rəsmiləri bildirir ki, raketlər əslində hərbi gəmilərə atılmayıb. Dekabrın 26-da İran gəmiləri sınaq edirmiş və ABŞ təyyarədaşıyanı həmin ərazinin 1500 yard məsafəsinə yaxınlaşıb.

ABŞ-ın Truman təyyarədaşıyana yalnız 23 dəqiqə öncə xəbərdarlıq edilib. Donanma komandiri Kyle Raines belə deyib.

“Bu hərəkətlər yüksək dərəcədə təxribatçı, təhlükəli və qeyri-peşəkardır və İranın beynəlxalq ticarət üçün vacib su yolunun təhlükəsizliyi öhdəliyini sual altında qoyur”, o deyib.

Onun sözlərinə görə, insident zamanı qərb gəmiləri Hormuz boğazından keçirmiş.