ABŞ əfqan biznesmeni ittiham edir

Paktikada tikilmiş məktəb, arxiv fotosu

-

Əfqan biznesmen ABŞ əsgərlərinə rüşvət verərək ABŞ təchizat kontraktlarında milyonlarla dollar əldə etməkdə ittiham olunur. Bu, Əfqanıstan müharibəsində korrupsiya halı üzrə böyük məhkəmə prosesidir.

Məhkəmə iddiası dekabrın 23-də Şimali Karolina federal məhkəməsinə təqdim olunub. Şirkət rəhbəri Hikmatullah Shadman 2009-cu ildə iki əsgərə rüşvət verməkdə ittiham edilir.

2013-cü ildə Ədliyyə Departamenti Shadman-a məxsus bank hesablarındakı 63 milyon dollarlıq vəsaiti dondurub. O, Hikmat Shadman Logistics Services Co.-nun rəhbəridir.

Ümumilikdə 77 milyon dollarlıq vəsaitin saxta yolla əldə edildiyi bildirilir.