-
ABŞ prezidentliyinə demokratlardan namizəd Hillary Clinton deyir ki, İslam Dövləti (İD) silahlı qruplaşmasının İraq yezidilərinə və Yaxın Şərqdə digər dini azlıqlara qarşı zorakılığı genosiddir.
“Aylar öncə məndən bunu soruşublar. Dedim ki, bu termin hüquqi anlam daşıyır, həmin sözə layiq davranış üçün çox vacib konsepsiya və yarlıkdır”, Clinton Nyu Hempşirdə çıxışında deyib.
“İndi yetərli dəlilimizin olmasına əminəm. Baş verənlər soyqırımdır, xristianların və digər dini azlıqların həyatının məhvinə, kökünün kəsilməsinə yönəlib”.
İD İraq və Suriyada yezidiləri, eləcə də xristianları və digər dini azlıqları qətlə yetirir.
Obama administrasiyası bu qətlləri “soyqırım” adlandırmaq məsələsini götür-qoy etməkdədir.