Kreml Rusiya-ABŞ münasibətlərinə qlobal təhlükəsizliyin təmin edilməsində əsas faktorlardan biri kimi baxır.
Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barack Obamaya yeni il təbrikində belə deyilir.
Təbrik məktubunda qeyd edilir ki, əgər əməli dialoq olsa hər iki ölkə dünyadakı yeni təhlükələrin öhtəsindən uğurla gələ bilər.
Vladimir Putin bir sıra xarici ölkələrin keçmiş və indiki liderlərinə yei il bayramı münasibəti ilə təbrik məktubları göndərib.
Qeyd edək ki, Suriya və Ukrayna münaqişələrinə görə Moskva ilə Vaşinqton arasında münasibətlər pisləşib.