Yeni məhkəmə sədrləri təyin edildi

Foto arxiv

Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 30-da bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Mahmud Nəbiyev

Azad Məcidov

Eldar İsmayılov

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Faiq Mahmudov

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Oruc Cəlilov

Elşad Əliyev

Cəlil Nəbiyev

Xamməd Nuriyev

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Vüsalə Baxışova

Elçin Məmmədov

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Rüstəm Kərimli

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

İsmayıl Quliyev

Zaur Pirverdiyev

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

İxtiyar Abuşov

Cəlilabad Hərbi Məhkəməsi

Əli Süleymanov

Tərtər Hərbi Məhkəməsi

Elbəy Allahverdiyev

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Fəqan Əhmədov

Ağstafa Rayon Məhkəməsi

Mübariz Hüseynov

Göygöl Rayon Məhkəməsi

Rafiq Məmmədov

Kəlbəcər Rayon Məhkəməsi

Həsən Qəniyev

Laçın Rayon Məhkəməsi

Cavad İbrahimov

Samux Rayon Məhkəməsi

Səadət Zeynalova

Tərtər Rayon Məhkəməsi

Mübariz Məmmədov

Aşağıdakı hakimlərin vəzifələri isə dəyişdirilib:

Samir Əliyev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Dadaş İmanov Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Şirvan Məmmədov Cəlilabad Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Fuad Mirabov Kəlbəcər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.