Ali məhkəməyə kollegiya sədrləri təyin edildi

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 30-da Ali Məhkəmə kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ali Məhkəmənin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilib:

Şəlalə Məmmədova - Mülki Kollegiyanın sədri

Hikmət Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri

Şahin Yusifov - Cinayət Kollegiyasının sədri