-
Yeni İl haqda məşhur aforizmlər
- Yeni iliniz mübarək! - bunu düzgün anlamaq üçün daha bir şans. Oprah Winfrey
- Nikbin gecəyarıya kimi oyaq qalır ki, Yeni ili qarşılasın. Bədbinsə oyaq qalır ki, köhnə ilin hələ yaşadığına əmin olsun. Bill Vaughn
- Yeni ilə yeni ürək. Charles Dickens
- Yeni ili qeyd etməyin məqsədi o deyil ki, bizim yeni ilimiz olsun. Məqsəd odur ki, yeni ruhumuz olsun. G.K.Chesterton
- Hər zaman nəfsinlə müharibədə ol, qonşularınla sülhdə ol, hər gələn yeni ilsə səni daha yaxşı insan etsin. Benjamin Franklin
- Keçən ilin sözləri keçənilki dilə məxsus olduğuna görə builki sözləri də deməyə yeni dil gərək. TS Eliot
- Yeni ilin ilk günü… ənənəvi qaydada planlarını qurmaq üçün yaxşı vaxtdır. Gələn həftə yenə həmişəki kimi cəhənnəmə daş düzməyə başlaya bilərsən. Mark Twain
- Yeni il bayramı da başqa gecələr kimidir, kainatın marşında fasilə yoxdur, 12 aydan sonra bir sükut anı yoxdur, bununla belə, bu axşam adamların fikirləri başqa axşamlarda düşən qaranlıqla birlikdə gələn fikirlərdən fərqli olur - Hamilton Wright Mabie
- Hər köhnə ilin peşmanlıqları və uğursuzluqları yığılır, ilin sonunda yeni il ümidlərinə çevrilir. John R.Dallas
- Biz bir kitab açacağıq, səhifələri ağdır. Özümüz o kitabı yazacağıq. Kitab "İmkan" adlanır. Onun ilk səhifəsi Yeni ilin ilk günüdür. Edith Lovejoy Pierce