-
Dekabrın 30-da Suriyada 2 restoranda intiharçı partlayışları törədilib, onlarla ölü və yaralı var. Hadisə ölkənin şimal-şərqində kürdlərin nəzarətində olan Qamışlı şəhərində baş verib.
Britaniyada mənzillənən İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, Türkiyə ilə sərhəd yaxınlığında yerləşən şəhərdəki partlayışlarda azı 16 nəfər həlak olub, 22-dən çox insan yaralanıb.
Kürdlərin YPG qruplaşmasının üzvü Redur Xelil Reuters-ə deyib ki, hücumu çox güman İslam Dövləti ekstremist qrupu törədib. YPG Suriyanın şimal-şərqində məhz həmin qruplaşma ilə mübarizə aparır.
Hadisənin detalları barədə bilgi yoxdur.