Netanyahu-nun dinlənilməsi araşdırılır

Benjamin Netanyahu

-

ABŞ Nümayəndələr Palatasının 2 komitəsi Wall Street Journal-ın bir məlumatını araşdırır. Qəzet yazıb ki, İsrailin baş naziri İran nüvə sazişinə qarşı çıxdığı üçün Birləşmiş Ştatlar onu izləyib.

Komitələr dekabrın 30-da Ağ Evin Milli Təhlükəsizlik Agentliyindən müvafiq sənədlər və açıqlama istəyiblər. Agentliyin İran nüvə danışıqları zamanı Benjamin Netanyahu-nu izlədiyi bildirilir.

Ən narahatlıq doğuran isə qəzetin dekabrın 29-da yazmasıdır ki, agentlik Netanyahu-nun söhbətlərinə qulaq asıb. Baş nazir ABŞ-ın tərəddüd edən konqresmenlərini sazişin əleyhinə səs vermək üçün dilə tuturmuş.
Netanyahu nüvə sazişinin qatı əleyhdarıdır, Konqresdəki respublikaçılar da sazişin əleyhinə səs verib.

Adətən təhlükəsizlik agentliyi konqresmenlərin söhbətlərini dinləməsi barədə Konqresə məlumat verir. Ancaq bu dəfə kəşfiyyat komitəsinə heç bir məlumat verilməyib.