-
Rusiyada dövlət təhlükəsizlik xidmətinə (FSB) müəyyən hallarda kütləyə qarşı silah işlətmək, qadın və uşaqlara atəş açmaq səlahiyyəti verilib.
Bu barədə Prezident Vladimir Putin müvafiq dəyişikliyi imzalayıb. “Terrorçuluq hərəkətlərinin qarşısının alınması, girovların azad edilməsi, ictimai binalara hücumların önlənməsi üçün” FSB kütlə içində silah işlədə biləcək.
Silahlı müqavimət halında isə quruma qadınlara, əlillərə, azyaşlılara atəş açmaq, hamilə qadınlara qarşı öldürücü olmayan silahlardan istifadə səlahiyyəti verilir.
FSB ölkədə istənilən binaya daxil ola, sərhəddə barmaq izləri götürə biləcək.
Bu qanun Rusiyada insan haqları fəallarının narahatlığına səbəb olub. Onlar bu dəyişikliklərin qəbuluna qarşı çıxırdılar.