Azərbaycan manatı, Qazaxıstan təngəsi və Zambiya kvaçası 2015-ci ildə ən çox devalvasiyaya uğrayan valyutalardır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Sonrakı yerlərdə Belarus , Argentina, Ukrayna, Mozambik və Braziliya valyutaları gəlir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bank dekabrın 21-də üzən məzənnəyə keçdikdən sonra manatın ABŞ dolları və Avroya nisbətdə məzənnəsi kəskin düşüb.
Qərardan dərhal sonra 1 dollar 1,55 manata qalxıb.
Mərkəzi Bankın dekabrın 30-a olan rəsmi məlumatına görə, 1 ABŞ dolları1.5594 manata yüqalxıb. 1 avro isə 1.7046 manat olub.