Körpə ölüb

Foto illüstrasiya

-

Lənkəranda körpə doğulandan 1 gün sonra tələf olub.

APA xəbər verir ki, Lənkəranın Şağlaser kənd sakini, 22 yaşlı Aynur Bəşirova dekabrın 31-də doğuş sancıları ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının perinatal şöbəsinə qəbul olunub. Təbii üsulla aparılan doğuş zamanı 2.5 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib.

Yanvarın 1-də körpə vəfat edib.

Uşağın ölümünə səbəb kimi ağciyərində yaranmış problem göstərilir.

Məlumata görə, ananın səhhətində hər hansı bir problem yaranmayıb.

Bu, Aynur Bəşirovanın ikinci hamiləliyidir. Bir il öncə onun dünyaya gətirdiyi qız uşağı da doğuşdan dərhal sonra ölüb.