Ukrayna Rusiya ərzağını qadağan edir

Moskvada supermarket, arxiv fotosu

-

Ukrayna elan edib ki, yanvarın 10-dan Rusiyadan ərzaq məhsullarının idxalını qadağan edir. Bu, Moskvanın oxşar qadağasına cavab olaraq həyata keçiriləcək.

Ukrayna hökumətinin vebsaytında yanvarın 2-də dərc olunmuş sanksiyalar ət, balıq, süd məhsullarını, eləcə də göyərti və meyvəni əhatə edir.

Rusiya oxşar qadağanı yanvarın 1-dən həyata keçirib.

Bu qarşılıqlı sanksiyalara səbəb Ukraynanın Avropa Birliyi ilə azad ticarət sazişinin icrasına başlamasıdır. Rusiya həmin sazişə qarşı çıxırdı.

Rusiya Ukrayna ərzağına qadağanı daxili bazarına qorumaq istəyilə izah edir. Rusiya rəsmiləri iddia edir ki, Avropa məhsulları Ukrayna vasitəsilə, idxal rüsumu ödəmədən Rusiyaya daxil ola bilər.