Rusiyada vəzifəlilərə qarşı qanun layihəsi

Sergei Naryshkin

Rusiya Dövlət Duması konstitusiya komitəsinin sədr müavini, Kommunist partiyasının üzvü Vadim Solovev yüksək rütbəli məmurların həyat yoldaşı və uşaqlarının bizneslə məşğul olmalarını qadağan edən qanun layihəsi üzərində işləyir.

Söhbət nazirlər,qubernatorlar, regional parlamentlərin sədrləri və digər yüksək vəzifəli məmurlardan gedir.

Bu barədə RİA Novosti agentliyinə Solovevin özü məlumat verib.

O bildirib ki, qanun layihəsdində həmçinin yalandan boşanaraq məsuliyyətdən qaçmaq istəyənlərə qarşı milyon rubl civarında cərimə və ya işdən azad etmə kimi sanksiya nəzərdə tutulur.

Müxalifətdə olan siyasətçi Aleksei Navalmının kottupsiya ilə mübarizə fondu dekabrın 1-də baş prokuror Yuri Chayka və digər yüksək vəzifəli prokurorluq əməkdaşlarını korrupsiya və əyri yollarla biznes qurma, habelə Kuşevsk stansiyasında 12 nəfəri öldürən Sergei Tsapkanın dəstəsi ilə əlbir olmaqda ittiham edən araşdırma yayıb.

Chayka ittihamları rədd edir.