Qar Gürcüstan sərhədində hərəkəti əngəlləyib

Foto arxiv

Gürcüstan-Azərbaycan sərhədində hərəkət məhdudlaşdırılıb

Gürcüstan-Azərbaycan və Gürcüstan-Rusiya sərhədinə aparan yolların buz bağlaması və intensiv qara görə hərəkət məhdudlaşdırılıb.

ANSPress-in məlumatına görə, Azərbaycan sərhədinə aparan Tbilisi-Bakurtsixe-Laqoxedi trasında da hərəkət məhdudlaşıb.

Qeyd edək ki, yeni il bayramı ilə əlaqədar bir çox azərbaycanlılar adətən Gürcüstana üz tuturlar vəonların da sərhəddə ləngiməsi istisna edilmir.