İraq ordusunun bazasına hücum edilib

Foto arxiv

Yanvarın 3-də İraqın Tikrit şəhəri ətrafındakı hərbi bazasına edilmiş hücumda azı 15 nəfər ölüb, 22-si yaralanıb.

Partlayışa görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Hücumda 5 intiharçı iştirak edib.

Təhlükəsizlik xidmətinin məlumatına görə, onlardan ikisi minalanmış maşını bazanın qapısı ağzında partladıb, 3-ü isə içəriyə daxil olaraq partlayıcını işə salıblar.

Bir neçə gün bundan əvvəl İraq Ordusu Ramadi şəhərini tyaraqlılardan geri alıb.

Hazırda ölkənin xeyli hissəsi “İslam Dövləti” qrupunun nəzarərətindədir.