Gəncədə avtoxuliqanlıq edən bir neçə nəfər saxlanılıb.
APA-nın məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.
DYP əməkdaşları toy karvanında manevrlər edən avtomobilləri şəhər kameralarının görüntülərinə əsasən müəyyən edib.
Maşınların sürücüləri məhkəmənin qərarı ilə 20 sutkalıq həbs edilib, 1 il müddətinə sürücülük hüququndan məhrum olunublar.
Bunlardan başqa, avtoxuliqanlıq edən 1 azyaşlı da saxlanılıb. Ona 600 manat cərimə kəsilib.
Hər üç avtomobil cərimə meydançasına aparılıb.