Premyer liqanın qış fasiləsinə lider kimi yollanan «Qarabağ» komandası yanvarın 5-də Antalyada təlim-məşq toplanışına başlayır.
Yanvarın 24-ə qədər Antalyada olacaq «Qarabağ» bu müddət ərzində 4 yoxlama oyunu keçirəcək.
«Qarabağ» yanvarın 16-da İranın «Traktorsazi», yanvarın 20-də Macarıstanın «Diosgjo», yanvarın 23-də Avstriyanın «Admira Wacker» və Polşanın «Jagelloniya» komandalarına qarşı oynayacaq.