Rusiya kəşfiyyatının rəhbəri qəfil vəfat edib

Igor Sergun

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İgor Sergun 58 yaşında qəfil vəfat edib.

Prezident Vladimir Putin yanvarın 4-də onun ailə üzvləri və yaxınlarına başsaşlığı verib.

Putin onun bütün ömrünü ordu və vətənə həsr elədiyini bildirib.

2011-ci ildən Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edən Segun həmdə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinidir.

Kremil onun ölümünün səbəblərini açıqlamır.

Sergun ictimai xadim kimi tanınmış deyildi.

O Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq elədiyi sanksiyalar siyahısına düşmüşdü.