Prezidentlərin növbəti görüş yeri bilindi

İlham Əliyev və Serz Sargsyan

-

Azərbaycan və Ermənistan prezidentləri Belarusun paytaxtı Minskdə görüşə bilərlər.

Bunu NEWS.am saytına müsahibəsində Belarusun Ermənistandakı səfiri İgor Nazaryuk deyib.

O bildirib ki, Qarabağ problemi kimi məsələləri isti yox, soyuq qaydada danışıqlar yolu ilə həll etmək lazımdır:”Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu da məhs bu məqsədə yönəlib və əminəm ki, bu yeganə yoldur”-deyə o vurğulayıb.

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə dekabrın 19-da İsveçrənin paytaxtı Berndə görüşüblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı sakinlərinin Qarabağ qiymətləndirmələri...