Türkiyədə daha 21 miqrantın cəsədi tapıldı

Foto arxiv

Yanvarın 5-də Egey sahillərində daha 21 miqrantın cəsədi aşkar edilib.

Türkiyə rəsmilərinin məlumatına görə,onlar Yunanıstanın Lesbos adasına getmək istəyirmişlər.

Dogan agentliyi Dikili sahilində 10 ,az sonra isə yaxınlıqdakı Heyvalıx kurortunda 11 cəsəd aşkar edildiyini xəbər verir.

Onların arasında qadın və uşaqlar da var.

Agentlik bildirir ki, miqrantların olduğu rezin qayıq fırtınalı havada çevrilib.

Türkiyənin sahil-mühavizə qüvvələri bundan sonra hadisə yerinə yollanıb və 8 miqrantı xilas ediblər.

Hələlik onların milliyəti açıqlanmır.

Dikili və Heyvalık bir-birindən 50 metrlik məsafədə yerləşir.

Təkcə ötən il Türkiyədən Yunanıstana 850 min qaçqın keçib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Yunanıstan və Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Təkcə Almaniya ötən il milyondan çox qaçqın qəbul edib.