Poroshenko bu il Azərbaycana gələcək

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenkonun 2016-cı ildə Azərbaycana səfəri gözlənilir.

Bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Səfərin dəqiq tarixi hələlik bəlli deyil.

Amma məlumatda görə Ukrayna prezidentinin Azərbaycana səfəri 2016-cı ilin birinci yarısında baş tuta bilər.

Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini 2015-ci il dekabrın əvvəlində Azərbaycanda səfərdə olub.