Egey sahilində ölən qaçqınların sayı 34-ə çatdı

Foto arxiv

Türkiyənin Egey sahillərində 34 miqrantın cəsəti aşkar edilib.

Bundan əvvəl cəsədlərin sayının 21 olduğu bildirilirdi.

Amma yerli mətbuat ölü sayının artdığını xəbər verir.

Məlumatlara görə miqrantlar rezin qayıqlarla Yunanıstanın lesbos adasına keçmək istəyərkən qasırğaya düşüblər.

Cəsədlərdən 24-ü kurort şəhəri olan Ayvalık sahilində, 10-u isə Dikili sahilində aşkar edilib.

Axtarış əməliyyatları davam etdirilir.

Bundan əvvəlki məlumatlarda 8 nəfərin xilas edildiyi bildirilirdi.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar Türkiyədən Yunanıstana, ordan isə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Təkcə Almaniya bu il 1 milyondan çox qaçqın qəbul edib.