Şimali Koreyada nüvə sahəsində zəlzələ

Punggye-ri nüvə sınağı sahəsi

-

Yanvarın 6-da Şimali Koreyada nüvə sınağı sahəsi yaxınlığında zəlzələ hiss olunub. Bu zəlzələnin nüvə sınağı nəticəsində yarandığı bildirilir.

ABŞ Geoloji Xidməti bildirib ki, zəlzələ 5.1 bal gücündə olub. Cənubi Koreya zəlzələnin Punggye-ri ərazisi yaxınlığında baş verdiyini bildirir. Həmin sahədə daha öncə nüvə sınağı keçirilib.

Koreya rəsmiləri zəlzələnin “insan əməli” olduğunu bildirir. Çin isə “şübhəli partlayış”dan danışır. Yaponiya bunun nüvə partlayışına bənzədiyini açıqlayıb.

“Keçmişdə baş verənləri nəzərə alsaq, Şimali Koreyanın nüvə sınağı keçirdiyini demək mümkündür”, Yaponiya hökumətinin baş katibi Yoshihide Suga söyləyib.

Şimali Koreya nüvə proqramına görə BMT-nin sanksiyaları altındadır. Titrəyişlərdən sonra bildirilib ki, tezliklə “qısa” açıqlama veriləcək.