-
AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı kitab yazmağa başlayıb.
Bunu AzadlıqRadiosuna onun xanımı Zümrüd Yağmur deyir.
Zümrüd xanımın sözlərinə görə, kitab xalqın psixologiyası və ideoloji birlikdən bəhs edir: «Əvvəllər bu barədə söhbətlərimiz olub, o zaman təklif etmişdim ki, kitab yazsın. Görünür, bu günə qismətmiş».
O, Fuad Qəhrəmanlı ilə həftədə iki dəfə telefonla danışdığını, səhhətinin normal olduğunu deyir.
Nəsimi rayon Məhkəməsi dekabrın 8-də Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
O, dövlət əleyhinə açıq çağırışlar etməkdə, milli, irqi, sosial, dini nifrət və düşmənçilik salmaqda ittiham olunur.
Fuad Qəhrəmanlının yaxınları və AXCP onun siyasi baxışlarına görə saxlanıldığını deyirlər.