Özbəkistan hökuməti minarəni sökmədi

Foto arxiv

Özbəkistan hakimiyyəti Əndican şəghərindəki qədim minarəni sökmək və yerində fəvvarə tikmək planından vaz keçib.

Yerli məmurların sözlərinə görə, şəhərə baş çəkən xüsusi hökumət komissiyası planı qeyri-müəyyən vaxtadək təxirə salıb.

Əndican əyalətinin yüksək vəzifəli rəsmisi Abdussafi Rahmonovun AzadlıqRadiosunun özbək xidmətinə verdiyi məlumata görə, komissiya üzvləri plana qarşı çıxan yerli sakinlərlə görüşüb və bundan sonra belə bir qərar qəbul edilib.

700 ildən çox yaşı olan minarə və ibadət yeri Əndicanın mərkəzindəki tarixi dini kompleksin bir hissəsidir.

“Musalla” minarəsi kimi tanınan bu ibadədgah 13-cü əsrin ikinci yarısında tikilib.

Hökumətin bu kompleksi sökmək planına qarşı çıxan fəallar, tarixi abidələrin bərpası ilə məşğul olan mütəxəsisislər və yerli sakinlər hələ ötən il baş nazir Shavkat Mirziyaevə etiraz məktubu göndəriblər.

Onlar deyir ki, minarə qorunan abidələr siyahısında olduğundan sökülə bilməz.