Almaniyanın Köln şəhərində yeni il axşamı bir qrup gəncin seksual hücum və qarətlər törətməsinə etiraz olaraq aksiya keçirilib.
Aksiyada yüzlərlə adam iştirak edib.
Əksəriyyəti qadınlar olan aksiyaçılar hökumət və kansler Angela Merkeldən vətəndaşların müdafiəsi üçün tədbirlər görülməsini tələb ediblər.
Şahidlər və polislər hücum edənlərin Ərəb və Şimali Afrika ölkələrindən gələnlərə bənzədiyini deyirlər.
Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bildirib ki, istintaq getdiyindən qaçqınlardan şübhələnmək lazım deyil.
Məlumatlara Kölnlə yanaşı Ştutqart və Hamburqda da bu cür hücumlar qeydə alınıb və vətəndaşlardan hüquq-mühavizə orqanlarına bu günədək 80-dən çox şikayət daxil olub.
Şikayətlərdən birinin zorlanma ilə bağlı olduğu bildirilir.
Kansler Angela Merkel baş verənlərdən hiddətləndiyini bildirib.
Bu fakt ölkəyə gələn yeni qaçqınlarla bağlı böyük müzakirələrə səbəb olub.