Serbiya Kosovo danışıqlarına hazırlaşır

Aleksandar Vucic

“Belqrad Kosovo ilə fikir ayrılığını həll etməlidir, amma Avropa Birliyinin təzyiqi ilə yox”.

Bunu yanvarın 6-da Serbiyanın baş naziri Aleksandar Vucic AzadlıqRadiosunun Balkan xidmətinə müsahibəsində deyib.

O qeyd edib ki, Belqradla Priştina arasında münasibətlər normallaşmalıdır, çünki bu bizim taleyimizdir, biz yanaşı yaşamalıyıq.

Vucic qeyd edib ki, Serbiya yanvarın 27-də Brüsseldə çətin danışıqlara hazırlaşır və dostluq münasibətləri Kosovoda yaşayan etnik serblər və kosovoluların marağındadır.

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini bəyan edib.

İndiyədək Kosovonu 111 ölkə tanıyır.

Amma Serbiya ilə onun yaxın müttəfiqi olan Rusiya və bir sıra ölkələr Kosovonu müstəqil dövlət kimi tanımır.