İraq Səudiyyə-İran arasında

Barack Obama (solda) və Haidar al-Abadi

-

Səudiyyə Ərəbistanı – İran diplomatik gərginliyi İranda məzhəb savaşını qızışdıra və İslam Dövləti qruplaşmasına qarşı son qələbələrə kölgə sala bilər. Bunu önləmək məqsədilə Ağ Ev İraq liderinə kömək göstərməyə hazırdır.

Yanvarın 6-da ABŞ Prezidenti Barack Obama İraqın Baş naziri Haider al-Abadi ilə telefonla danışıb. Hər ikisi Səudiyyədə tanınmış şiə ruhanisinin edamından, eləcə də Tehranda Səudiyyə səfirliyinə hücumdan narahatlığını bildirib. Bu insidentlər müsəlman dünyasında qəzəb doğurub.

Yanvarın 6-da şiə nümayişçilər artıq üçüncü gün Bağdadda və digər şəhərlərdə küçələrə çıxıblar, onlar İraqda Səudiyyə səfirliyinin bağlanmasını tələb ediblər. Abadi hələlik bu tələbləri rədd edib.

Ağ Evin məlumatına görə, Abadi və Obama “bütün tərəflərin diplomatik münasibət qurmasının və dialoq aparmasının vacibliyinə” razılaşıblar. Şiə olan Abadi ölkənin şiə çoxluğunun təzyiqi altındadır, ancaq sünni azlığı da dəstəkləməyə çalışır. Sünnilər daha çox ölkənin şimalında və qərbində yaşayır. Bu əraziləri İslam Dövləti (İD) silahlı qruplaşması 2014-cü ildə tutub.