-
ABŞ təhlükəsizlik agentlikləri ötən ay Ukraynanın enerji şəbəkəsinə kiberhücumda Rusiya hökumət hakerlərinin rolunu araşdırır. Bu barədə yanvarın 6-da ABŞ mediası – Daily Beast və Washington Examiner yazır.
Dekabrın 23-də Ukraynanın qərbində enerji şirkətinin şəbəkələrinə virus müdaxiləsi olub, nəticədə ölkənin böyük bir hissəsi elektriksiz qalıb.
Ukraynadakı hücum ABŞ-ın enerji şəbəkəsi üçün də pis əlamət sayıla bilər. Belə ki, BlackEnergy adlı həmin proqram 2014-cü ildə ABŞ-ın enerji qurğularına qarşı istifadə olunmuşdu. O zaman elə bir ziyan qeydə alınmasa da, ABŞ təhlükəsizlik və kəşfiyyat agentliklərində narahatlıq doğurmuşdu.
Ukrayna rəsmiləri hücuma görə açıq şəkildə Rusiyanı ittiham edib, ancaq Rusiyanın bu işdə iştirakı təsdiqlənməyib. Moskvada mənzillənən Sandworm qrupu daha öncəki hücumlarda BlackEnergy-dən istifadə edib.