Liviyada partlayış törədilib, ölənlər var

Foto arxiv

Yanvarın 7-də Liviyanın Zliten şəhərindəki polis mərkəzində törədilən partlayışda azı 50 nəfər ölüb.

Bu barədə yerli polis və KİV vasitələri xəbər verir. Həmçinin azı 100 nəfərin yaralandığı bildirilir.

Minalanmış maşın səfərbərliyə toplaşmış yüzlərlə adamın arasında partladılıb.

Amma hüquq mühavizə orqanları hesab edir ki, partlayışı "İslam Dövləti” qrupu ilə əlbir olan qruplar törədib.

Keçmiş Liviya dikdatoru Muammar Qaddafi 2011-ci ildə üsyanla devrildikdən sonra ölkədə xaos hökm sürür.

Ölkənin neftlə zənigin olan ərazilərinə nəzarət üstündə müxtəlif silahlı qruplar arasında savaş gedir.

Ötən il dekabrın 23-də BMT-nin vasitəçiliyi ilə Liviyadamilli birlik hökuməti yaradılması ilə bağlı rəqib fraksiyalar arasında sülh razılaşması əldə olunub.

Qərb ümid edir ki, bu razılaşma ölkəyə sabitlik gətirəcək.