Dünyanın ən məhsuldar futbolçuları müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2015-ci ilin ən məhsuldar futbolçularının adlarını açıqlayıb.
Federasiyanın saytında yerləşdirilən məlumatda milli və klublarda keçirilən beynəlxalq görüşlərdə futbolçuların vurduğu qollar əsas götürülüb.
Siyahıda 52 futbolçunun adı var.
Polşa millisi və "Bavariya"nın hücumçusu Robert Lewandowski həm yığmada, həm də klubda 11 qol vurmaqla ümumilikdə 22 qolla birinci olub.
Birləşmiş Ərəb Əmirlikləri millisi və "Əl Əhli" klubunun futbolçusu Əhməd Xəlil 20 qolla ikinci, Madridin "Real" klubunun futbolçusu Kristiano Ronaldo isə 19 qolla 3-cü yerdə qərarlaşıb.
"Barselona"nın futbolçusu Lionel Messi isə 12 qolla 13-cü olub.