T.Salahovun rəsmləri "Tretyakovka"da

Tahir Salahov

-

Moskvanın Tretyakov qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın xalq rəssamı Tahir Salahovun əsərləri sərgilənəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, “Günəş zenitdə” adlanan sərgi yanvarın 22-si açılacaq.

Sərgi məşhur qalereyanın 160 illik yubileyinə həsr olunacaq və martın 20-dək davam edəcək.

Sərgidə “sərt üslubun” liderlərindən olan rəssamın Tretyakov qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş ediləcək.